Liviyada qanlı toqquşma – ölənlər və yaralananlar var
Vətəndaş savaşı və atəşkəs
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Liviyanın paytaxtı Tripoli şəhərindəki qanlı toqquşmalar zamanı 106 nəfər yaralanıb, 27 nəfər həyatını itirib. Məlumatı Liviyanın Səhiyyə Nazirliyinin nzdindəki Təcili Tibbi Yardım Mərkəzi verib.
Dinc sakinlər arasında qurbanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Tripolinin cənub hissəsində Liviya Milli Birlik Hökumərinə tabe olan 444-cü briqada ilə ölkənin Daxili İşlər Nazirliyinin tərkibində olan RADA qüvvələri arasında toqquşma baş verib.
Yerli mətbuatın yazdığına görə, toqquşmanın səbəbi 444-cü briqadanın komandiri Mahmud Həmzənin Mitiq aeroportunda RADA qüvvələri tərəfindən saxlanılması olub. Dünən axşam yayılan məlumata görə, komandir Mahmuz Həmzənin neytral tərəfə təhvil verilməsi barəsində razılaşma əldə edilib.
İkigünlük döyüşlərdən sonra tərəflər atəşkəs razılığına gəliblər.
Hürr Tərcüman