📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liviyalı nazir 13 ildən sonra İrana səfər etdi

2023-07-26 00:57:00

Liviyalı nazir 13 ildən sonra İrana səfər etdi

Liviyanın xarici işlər naziri Nəcla Mənquş iranlı həmkarı Əmir Hüseyn Abdullahianla görüşüb.

Bu barədə “Jamaran” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı ikitərəfli, regional və beynəlxalq tədbirlərin inkişafı, həmçinin İranın Liviyadakı səfirliyinin işinin bərpası və İran səfirinin Tripoliyə göndərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, Mənquş Liviyanın son 13 ildə Tehrana səfər edən ilk xarici işlər naziridir. \\Axar.Az