📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liz Trass səfərini yarımçıq qoydu – Consonun xələfi olacaq?

2022-07-07 21:19:00

Liz Trass səfərini yarımçıq qoydu – Consonun xələfi olacaq?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Britaniyanın Baş naziri Boris Consonun partiya rəhbərliyindən istifa verəcəyini açıqlamasından sonra Britaniyanın Xarici İşlər naziri Liz Trass İndoneziyada G-20 ölkələrinin XİN rəhbərlərinin görüşü ilə bağlı səfərini yarımıq qoyaraq Londona qayıtmağı qərara alıb.

İngiltərə mətbuatı Trassın partiya daxilindəki yeni lider yarışlarında iştirak edərək namizədliyini verə biləcəyini yazır.

 

Hürr Tərcüman