📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Lobbiçilərimiz 907-ci qətnamə ilə bağlı olan müddəanı bu qanunda keçirə bilmədilər" - Sarkisyan

2021-12-30 19:57:00

"Dünən bütün gün bir tezis tirajlandı. Bu tezisə əsasən, Bayden Türkiyə və Azərbaycanın məsuliyyətə cəlb edilməsi ilə bağlı qanun imzalayıb". Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.

Sarkisyan sual ünvanlayıb ki, bəs əslində nə baş verib?

"Əslində Bayden Milli müdafiə ilə bağlı qanun imzalayıb, bunun 1302-ci maddəsində nəzərdə tutulub ki, icra hakimiyyəti 180 gün ərzində Konqresə Ermənistan-Azərbaycan müharibəsi haqqında hesabat təqdim etməyə borcludur. Eyni zamanda, bu qanunla 2020-ci ilin 9 noyabr razılaşmalarının yerinə yetirilməsinin zəruriliyi təsbit olunub və "hərbi əsirlərin qaytarılması" ifadəsi var. Konqresə həm də xarici qüvvələrin iştirakı haqqında məlumatlar təqdim olunmalıdır. Bu qədər. Bu qanunda heç bir cəza və ya cəza tədbiri nəzərdə tutulmayıb. Təəssüf ki, lobbiçilərimiz 907-ci qətnamə ilə bağlı olan müddəanı bu qanunda keçirə bilmədilər, çünki Türkiyə-Azərbaycan tandeminə qarşı mübarizədə tək idilər", - deyə o bildirib.

Alpər Mövludoğlu
 

Ordu.az