📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lökbatandakı yanğında xəsarət alan olub?

2026-05-12 11:34:25

Lökbatandakı yanğında xəsarət alan olub?

TƏBİB Lökbatanda baş verən yanğın hadisəsi ilə bağlı sorğunu cavablandırıb.

Qurumdan Hurriyyet.az-a bildirilib ki, 12 may 2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış daxil olub.

Məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, saat 09:30 radələrinədək hadisə ilə bağlı hər hansı xəsarət faktı qeydə alınmayıb.