📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lökbatanı su basdı - Açıqlama - Yenilənib-VİDEO

2022-10-15 09:39:00

Lökbatanı su basdı - Açıqlama - Yenilənib-VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Hurriyyet.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda yol polisi əməkdaşları tıxacın aradan qaldlrıması üzrə işlər görürlər.

Avtomagistralda hərəkətin tam bərpa olunması üçün tədbirlər görülür.

Bu barədə Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.

.

Bakupost.az