London Assancı ABŞ-a təhvil verməyə hazırlaşır
2022-04-20 16:15:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Londonn Vestminster Magistral Məhkəməsi “Wikileaks” təşkilatının banisi, hazırda həbsdə olan Culian Assancın ABŞ-a ekstradisiya edilməsini qərara alıb. ABŞ-da ona 175 il həbs cəzası verə bilərlər.
“WikiLeaks” öz “Tvitter” səhifəsində yazıb: “Böyük Britaniyadakı hakim Cualian Assancı ABŞ-a ekstradisiya edilməsini qərara alıb, orada ona 175 il həbs cəzası verilə bilər”.
Son qərarı Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin başçısı Priti Patel verməlidir.
Assancın vəkilləri mayın 18-nə qədər öz müraciətlərini təqdim edə bilərlər.
Hürr Tərcüman