📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

London HƏMAS-ın qalib gəlməsini istəyir? - Conson

2024-09-03 14:23:03

London HƏMAS-ın qalib gəlməsini istəyir? - Conson

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkə hökumətini İsrailə bir sıra silahların tədarükü üçün lisenziyaları dayandırmaq qərarına görə tənqid edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

Conson qeyd edib ki, London HƏMAS-la münaqişədə İsraili tək qoyur:

“İsrail 7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanmasının qarşısını almağa çalışır, HƏMAS isə girovları saxlamağa davam edir. Britaniya hakimiyyəti niyə yəhudi dövlətini tərk etdi? Onlar HƏMAS-ın qalib gəlməsini istəyirlər?”

Xatırladaq ki, Britaniya hakimiyyəti bəzi silahların beynəlxalq hüquq normalarını pozaraq istifadə oluna biləcəyindən narahat olduğu üçün İsrailə ixracını dayandırmaq qərarına gəlib./Axar.az/