📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

London metrosu PARTLADILDI

2022-08-17 16:19:00

London metrosu PARTLADILDI

İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən metro stansiyasında partlayışla müşayiət olunan yanğın baş verib.

Hurriyyet.az Redaktor.az-a istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Hadisə ilə əlaqədar "Southwark" və "London Bridge" stansiyaları müvəqqəti bağlanıb, insanlar təxliyə ediliblər.

Yaxınlıqda yerləşən binaların sakinlərinə küçəyə çıxmamaq və ehtiyatlı olmaq tapşırılıb. Hazırda yanğının söndürülməsinə 70 nəfər cəlb olunub.

Hadisə barədə əlavə məlumat verilməyib. Ölən və xəsarət alanların olub-olmadığı da bəlli deyil.