London Putin ilə Lavrovun qızlarına qadağalar qoydu
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Britaniya Rusiya Prezidenti Vladimir Putin ilə Xarici İşlər naziri Sergey Lavrovun qızlarının əleyhinə sanksiyalar tətbiq edib.
Böyük Britaniya XİN-in mətbuat xidmətinin açıqlamasında Mariya Vorontsova, Katerina Tixonova və Yekaterina Vinokurovanın Britaniya ərazisinə daxil olmalarının qadağan edildiyi və onların Krallıqdakı hesablarının dondurulduğu bildirilir.
Martın 25-də isə Lavrovun ögey qızı Polina Kovalyovaya qarşı sanksiyalar barəsində açıqlama verilmişdi.
Britaniyanın Xarici İşlər naziri Elizbet Trass bununla bağlı deyib: “Bizim misli görünməmiş sanksiyalar paketimiz elitaya və onların ailələrinə elə bir miqyasda zərbə vurur ki, Sovet İttifaqı dağılandan bəri Rusiya belə bir şey görməyib”. Nazir Rusiyadan enerji resurslarının alınmasının dayandırılması planını da qeyd edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Böyük Britaniya RF-nin 1200-dən artıq fiziki şəxsinə və şirkətinə qarşı sanksiya tətbiq edib.
Hürr Tərcüman