London Rusiyanın kiberhücumlarından qorunmaq üçün 5 milyon funt-sterlinq ayırır
Böyük Britaniya artımdan qorunmaq üçün Gürcüstana 5 milyon funt sterlinq ayıracaq
“Rusiyanın kiberhücumlarından qorunmaq üçün Böyük Britaniya Gürcüstana beş milyon funt sterlinq ayıracaq". Bunu NATO-nun Madriddə keçirilən sammitində Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
Britaniya hökumətinin rəsmi saytında dərc edilən məlumata görə, maliyyə yardımı Gürcüstana kiber dəstəyin növbəti mərhələsidir və bu, Gürcüstanın Milli Təhlükəsizlik Şurasına həm Gürcüstanın həm Avropanın təhlükəsizliyini poazmağa çalışan şəxslərin hücumlarını aşkarlayıb dəf etməyə imkan verəcək yeni kibertəhlükəsizlik strategiyasını təqdim etməyə imkan verəcək.
Böyük Britaniya həmçinin kibermüdafiə və imkanları gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək.
“Gürcülər hər gün Rusiya təcavüzünün ön xəttində yaşayırlar. Biz imkan verməməliyik ki, Putin öz kiber imkanlarını artırmaq üçün Gürcüstanın suveren institutlarından istifadə etsin. Böyük Britaniya kibertəhlükəsizlik üzrə dünya lideridir və bu gün onun dəstəyi təkcə Gürcüstanı deyil, Böyük Britaniyanı və Rusiyanın düşmənçiliyi ilə üzləşən bütün digər demokratiyaları qoruyacaq”, Boris Conson NATO sammitində deyib.
Ülviyyə, Hurriyyet.az