London Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq istəyini təsdiqlədi
Hurriyyet.az Ukrayna mediasına istinadla xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvord bildirib ki, London Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq istəyini təsdiqləyib.
“Biz rus qoşunlarının ölkədən çıxarılmasına vasitəçilik etmək üçün istənilən növ resurslardan istifadə etmək, müharibənin dayandırılmasına kömək etmək istəyirik. Ukrayna xahiş etsə, məmnuniyyətlə bu missiyanı öz üzərimizə götürərik” ,- deyə Barbara Vudvord bildirib.
Bu arada, BMT Təhlükəsizlik Şurasının gecə iclasında Ukrayna nümayəndəsi Sergey Kislitsa bəyan edib ki, “Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması yalnız bütün Rusiya silahlı birləşmələri 23 fevral 2022-ci il tarixinədək dislokasiya olunduğu yerlərə qaytarıldıqdan sonra mümkün olacaq”.
Hazırladı: RUNA