📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Londonda etirazçılar İran səfirliyinin bayrağını yenidən endirib

2026-01-17 15:01:07

Londonda etirazçılar İran səfirliyinin bayrağını yenidən endirib

Londonda etirazçılar İran səfirliyinin bayrağını bir həftə ərzində ikinci dəfə endirərək polislə qarşıdurmaya girib.

Hurriyyet.az xəbər verir ki, şəhərin Kensinqton rayonunda bir nümayişçi səfirliyin eyvanına qalxaraq bayrağı çıxararaq yerə atıb və üzərində “Şir və Günəş” əks olunmuş şah dövrünün bayrağını qaldırıb.

Bildirlir ki, polis nümayişçini həbs edib. Qarşıdurma zamanı bir neçə polis işçisi yüngül xəsarət alıb. Daha sonra polis ərazidə təhlükəsizliyi artıraraq əlavə həbs əməliyyatları həyata keçirib.