📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Londonun Moskvaya qarşı yeni "Üçlər İttifaqı" nə qədər təsirli olacaq...

2022-02-02 11:20:00

Londonun Moskvaya qarşı yeni

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Britaniya, Ukrayna və Polşa Avropada siyasi əməkdaşlığın yeni formasını yaradacaqlar. Bu ittifaqın anonsunu bir neçə gün əvvəl prezident Zelenski verdi, onun mümkünlüyünü ilk dəfə Britaniyanın XİN naziri Liz Tras 21 yanvar 2021-ci ildə Sidneydəki "The Lowy" İnstitutundakı Avstraliyanın analitik mərkəzindəki çıxışında dilə gətirmişdi.
Göründüyü kimi, Britaniya, Ukrayna və Polşanın potensial üçtərəfli alyansı Rusiyaya qarşı yönələcək.
Bir sıra rusiyalı ekspertlər bu ittifaqı "Britaniyanın anti-Rusiya fəaliyyəti" kimi qiymətləndiriblər və belə şərh veriblər: “Əgər kollektiv Qərbin anqlo-sakson nüvəsindən (ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) danışsaq, onda bu dövlətlərin iqtisadi, hərbi-siyasi gücünü nəzərə alaraq deməliyik ki, onun güc mərkəzi şübhəsiz Birləşmiş Millətlər Təşkilatıdır. Avropaya, kollektiv Qərbin anti-Rusiya vektoruna nəzər saldıqda isə burada əsas təşəbbüskar, təxribatçı və təhrikçi rolunu demək olar ki, həmişə Britaniya oynayır".

Ülviyyə, Hurriyyet.az