Los-Anceles polisi erməni radikalları cəzalandıracaq
2023-10-04 12:17:39
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Birləşmiş Ştatların Los-Anceles şəhərində keçirilmiş “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” konfransındakı Azərbaycan və Türkiyə diplomatlarına qarşı təxribat törətmiş radikal ermənilər məsuliyyətə cəlb ediləcəklər.
Bu barədə məlumatı Los-Anceles Polisi Departamentinin Ağır Cinayətlərin Araşdırılması Şöbəsinin baş müfəttişi verib. Onun sözlərinə görə, Los-Ancelesdə türk və azərbaycanlı diplomatlara hücum insidentinin təhqiqatı davam edir. Polis idarəsinin əməkdaşı deyib: “Erməni millətindən olan bir qrup şəxsin törətdiyi cinayət rezonans doğurub. Nifrət zəminli cinayət işi kimi araşdırılır”.
Hürr Tərcüman