Los-Ancelesdəki Azərbaycan konsulluğunun qarşısındakı meydana “Arsax Respublikası” adı verilib
2023-09-01 13:32:55
Hurriyyet.az “Novosti Armeniya” saytına istinadla xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğunun qarşısında meydan qondarma “Arsax Resublikası meydanı” adlandırılıb. Erməni Pol Krekoryanın sədrlik elədiyi Los Anceles Şəhər Şurası hələ mayın 17-də verdiyi qərarla Vilşir bulvarı ilə Qrenvil avenyunun kəsişməsində yerləşən meydanı belə adlandırıb. Mərasimdə Krekoryanla birlikdə Qarabağ separatçılarının ABŞ-dakı üzdəniraq “daimi nümayəndəsi” Robert Avetisyan iştirak edib.
Hürr Tərcüman