📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Los-Ancelesdəki konsulluğun fəaliyyətinin bərpası...

2025-01-20 15:04:38

Los-Ancelesdəki konsulluğun fəaliyyətinin bərpası...

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq.

Hurriyyet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş konsulluq ABŞ-ın Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:

"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".