📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?

2022-07-25 15:58:00

Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.

Hurriyyet.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.

Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.