“Lotu Quli”nin ən yaxın adamı həbsxanadan YOXA ÇIXDI
2022-02-02 20:34:00
Qazaxıstanda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq həbs olunan “Arman Dikiy” kimi tanınan Arman Cumageldiyev istintaq təcridxanasından yoxa çıxıb.
Bu barədə onun vəkilləri məlumat verib.
Məlumatda qeyd olunur ki, vəkillər müdafiə etdikləri şəxsin hara və necə aparıldığından xəbərləri yoxdur.
Hüquq müdafiə orqanlarında “Arman Diki”nin hara yoxa çıxmasından xəbərsiz olduqlarını bildiriblər. /Lent.az/