Lukaşenko: “ABŞ dünya terrorçusuna çevrilib”
2022-09-02 00:37:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın “dünya terrorçusuna” çevrildiyini iddia edib. O, ABŞ-ın hər şeyi dağıtdığını və bunun böhran və zəiflik əlaməti olduğunu bəyan edib.
Lukaşenko bu gün canlı yayındakı çıxışında deyib: “Nəzarəti öz əlində saxlamağa çalışan ABŞ dünya polisindən dünya terrorçusuna çevrilməkdədir. Hər şeyi dağıdırlar – bu, böhran və zəiflik əlamətidir. Biz artıq bunu bugünkü isterikalarda – Əfqanıstan, Ukrayna, Tayvan və s. böhranlarında görürük. Bu, siyasət deyil. Bu, quldurluqdur, özü də dünya miqyasında”.
Hürr Tərcüman