📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin fəaliyyətini dayandıran qanunu imzalayıb

2024-05-29 12:07:25

Lukaşenko Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin fəaliyyətini dayandıran qanunu imzalayıb

Belarus prezidenti Aleksandr Lukaşenko Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE Treaty) fəaliyyətini dayandıran qanunu imzalayıb. Belarus Silahlı Qüvvələrinin silah, texnikası və şəxsi heyətinin sayı ilə bağlı müəyyən edilmiş məhdudiyyətlər artıq tətbiq edilməyəcək.

2022 və 2023-cü illərdə Çexiya və Polşa Belarusa münasibətdə CFE Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək qərarına gəliblər. Sonra NATO-ya üzv olan digər ölkələr də analoji qərar qəbul etdilər.

1990-cı ildə CFE Müqaviləsini altı Varşava Müqaviləsi dövləti, o cümlədən SSRİ və 16 NATO ölkəsi imzalamışdı. Sənəd döyüş tanklarının və zirehli texnikasının, artilleriyasının, hücum helikopterlərinin və döyüş təyyarələrinin sayını məhdudlaşdırıb. 2007-ci ildə NATO sənədin yenilənmiş variantını ratifikasiya etməkdən imtina etdikdən sonra Rusiya müqavilədə iştirakını dayandırıb.

Ülviyyə, Hurriyyet.az