📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Avropanı qazı kəsməklə təhdid etdi

2021-11-11 17:16:00

Lukaşenko Avropanı qazı kəsməklə təhdid etdi

Hürriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus ilə sərhədlərin bağlanılacağı təqdirdə “Yamal-Avropa” qaz nəqli xəttinin işini dayandıracağını bildirib.

Lukaşenko Qərbə Belarusu yeni sanksiyalarla və sərhədlərin bağlanılması ilə təhdid eləməzdən əvvəl fikirləşməyi məsləhət görüb: “Polşa bizi sərhədi bağlayacağı ilə qorxudur. Buyurun, bağlayın: ora gedən köçkünlərin sayı azalar. Məsələ bunda deyil. Bəs biz Belarusdan tranziti dayandırsaq? Ukraynadan keçməyəcək. Onların Rusiya ilə sərhədi bağlıdır. Pribaltikadan yol yoxdur. Bəs biz bağlasaq, onda polyaklar, yaxud da məsələn, almanlar üçün necə olacaq? Öz suverenliyimizi və müstəqilliyimizi qoruyarkən bizi heç nə dayandırmamalıdır”.

Belarusdan Yamal-Avropa magistral ixrac qaz boru kəməri keçir. Lukaşenko son dövrdə qaz nəqlinin həcminin xeyli artdığını bildirib.

“Biz Avropanı isidirik, onlar isə bizi sərhədi bağlamaqla təhdid edirlər. Bəs biz oraya təbii qazın verilməsini dayandırsaq? Ona görə də mən, Polşa rəhbərliyinə, litvalılara və başqa ağılsızlara danışmazdan əvvəl fikirləşməyi məsləhət görərdim”.

 

Hürr Tərcüman