📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Baydeni Belarusa dəvət edir: “Oturub bütün problemləri həll edərik”

2023-02-16 15:58:00

Lukaşenko Baydeni Belarusa dəvət edir: “Oturub bütün problemləri həll edərik”

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə ABŞ prezidentiləri Vladimir Putin ilə Cozef Baydenin Belarusda görüşünü təşkil eləməyə hazır olduğunu bildirib.

“Belta” agentliyinin yazdığına görə, Lukaşenko deyib: “Biz burada (Belarusda – red.) üçlükdə görüşə bilərik. Niyə müharibəni dayandırmaq üçün bunu etməyək? Əgər Badyen müharibəni dayandırmaq istəyirsə, biz onu qəbul edərik. Polşa buradan uzaqda deyil, təyyarə göndərə bilərəm. Belarusda beynəlxalq aeroportlar var və Baydeni gətirəcək təyyarə buraya enə bilər”.

Lukaşenko ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Belarusa səfərini xatırladıb: “Klinton da bu yolla ölkəmizə gəlmişdi. Bayden gələrsə, üçlükdə oturub bütün problemləri həll edərik. Sizə təminat verirəm ki, onda Vladimir Putin də buraya gələr və bütün problemlər burada həll olunar”.

Hürr Tərcüman