📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko: “Belarus da Rusiya-Ukrayna danışıqlarında iştirak eləməlidir”

2022-04-07 16:33:00

Lukaşenko: “Belarus da Rusiya-Ukrayna danışıqlarında iştirak eləməlidir”

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı Minskin də Rusiya ilə Ukrayna arasındakı danışıqlarda iştirak eləməli olduğunu bildirib. Onun sözlərinə görə, hazırda bütün hadisələr “ölkənin hasarının o üzündə” baş verdiyindən Belarusa çox ciddi təsirləri ola bilər.

Lukaşenko deyib: “Belarusun iştirakı olmadan danışıq ola bilməz. Əgər bizi bu məsələyə cəlb ediblərsə, təbii ki, həmin danışıqlarda Belarusun da mövqeyi səsləndirilməlidir”.

Hürr Tərcüman