📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Belarus istehsalı olan mobil telefondan danışıb

2024-09-27 13:11:08

Lukaşenko Belarus istehsalı olan mobil telefondan danışıb

Hurriyyet.az BelTA agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko öz proqram təminatına malik yerli telefon istehsal ediləcəyini bildirib. 
Lukaşenko Belarusun öz noutbukunu, müasir avtobuslar və elektrobuslar, həmçinin digər texnikanı istehsal etdiyini xatırladıb və onların keyfiyyətcə xarici məhsullardan geri qalmadığını söyləyib.
Lukaşenko texniki mühəndislik ixtisasına yiyələnən ali məktəb tələbələri ilə görüş zamanı deyib: "Hazırda barəsində çox danışılan yerli mobil telefon da istehsal edəcəyik. Etməliyik".
Lukaşenko müasir telefonlardan danışarkən söhbətin milli təhlükəsizlik məsələsindən getdiyini də qeyd edib.
Hürr Tərcüman