📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko belarusları da slavyan qırğınına sürükləyir: “İndi uşaqları hazırlayırıq”

2022-10-14 20:22:00

Lukaşenko belarusları da slavyan qırğınına sürükləyir: “İndi uşaqları hazırlayırıq”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Belarusun birgə regional hərbi qruplaşmasında hərbçilərin sayının 70 min nəfərdən çox olacağını, əsasən belaruslardan ibarət olacağını bəyan edib.

Lukaşenko deyib: “Bizim ordumuzu bilirsiniz – 70 min nəfərə yaxındır. Bu, yeni ordunun əsasıdır. Lakin fikirləşirəm ki, hazırda Rusiyadan 10-15 min nəfər tələb eləmək lazım deyil. Çünki bizim başqa problemlərimiz də var. İndi uşaqları hazırlayırıq”.

Hürr Tərcüman