Lukaşenko: “Belarusun Ukrayna ilə sərhədindən Rusiya ilə birgə təlimlər keçirəcəyik”
2021-12-02 14:44:00
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın ik ay ərzində Ukrayna Respublikası ilə sərhəddə Rusiya ilə Belarusun birgə hərbi təlimlər keçirəcəyini bəyan edib.
Lukaşenko deyib: “Biz Prezident Putin ilə birlikdə qərara aldıq ki, yaxın zamanlarda ölkənin cənubunda, Belarusun Ukrayna ilə sərhədində birgə hərbi təlimlər keçirək. Təlimlər iki mərhələdə keçiriləcək. Hələlik planımız tam dəqiqləşməyib, lakin birinci mərhələnin qışda olacağı dəqiqdir”.
Hürr Tərcüman