📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko: Bu halda müharibəyə qoşulacağıq

2023-02-16 23:49:00

Lukaşenko: Bu halda müharibəyə qoşulacağıq

Yalnız Belarusa hücum olacağı təqdirdə ruslarla birlikdə döyüşə bilərik.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə xarici jurnalistlərlə mətbuat konfransında deyib.

Lukaşenko Belarusun Rusiya ilə müharibəyə qoşulma ehtimalı ilə bağlı bunları qeyd edib:

“Yalnız bir halda mən ruslarla birgə döyüşməyə hazıram - əgər bir əsgər belə mənim xalqımı öldürmək üçün silahla torpaqlarımıza gəlsə".

Ölkəsinə hücum olacağı təqdirdə ən sərt şəkildə cavab verəcəklərini dilə gətirən Lukaşenko bildirib ki, müharibə tamamilə fərqli bir xarakter alır.\\Ölkə.az