📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko da rəsmi Kiyev kimi Şoyqunun açıqlamasını təkzib etdi

2023-06-08 11:54:00

Lukaşenko da rəsmi Kiyev kimi Şoyqunun açıqlamasını təkzib etdi

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın əks-hücuma keçməsi xəbərini “böyük dezinformasiya” adlandırıb.

Lukaşenko KTMT dövlətlərinin təhlükəsizlik şuralarının katibləri ilə görüşdə deyib: “Heç bir “əks-hücum” yoxdur. Bu, böyük dezinformasiyadır. Son dövrdə böyük həcmdə Ukrayna hərbi texnikası məhv edilib və çox sayda ukraynalı əsgər həlak olub”.

Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, iyunun 4-də səhər saatlarında Ukrayna ordusu cənubi Donetsk istiqamətində irimiqyaslı hücuma başlayıb. Rəsmi Kiyev isə Rusiya tərəfinin bəyanatını təkzib edib.

Hürr Tərcüman