📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko ermənilərlə azərbaycanlıları müqayisə etdi

2023-06-08 16:27:00

Lukaşenko ermənilərlə azərbaycanlıları müqayisə etdi

Hurriyyet.az xəbər verir ki, “Belta” agentliyinin məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT dövlətlərinin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının hər iki ölkə üçün sərfəli olmalı olduğunu söyləyib.

Lukaşenko deyib: “Sülhün həm Ermənistana, həm də Azərbaycana sərfəli olması üçün səbrlə cəhdlər edilməlidir. Bu vəziyyətdən baş çıxarmaq lazımdır. Mən Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeyini dəstəkləyirəm. Bütün bu çatışmazlıqlar onun, indiki iqtidarın boynuna düşüb”.

Lukaşenko azərbaycanlılarla erməniləri doğma xalqlar hesab elədiyini deyib: “Baxın, bir əlin iki barmağı kimidirlər”.

Hürr Tərcüman