📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Ermənistanı tənqid etdi - Paşinyan MDB sammitinə getməyib

2023-10-13 13:52:40

Lukaşenko Ermənistanı tənqid etdi - Paşinyan MDB sammitinə getməyib

Hurriyyet.az BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-dəki vəziyyətə tənqidi qiymət verməyin zəruri olduğunu və “başını qumda gizlətməmək” lazım gəldiyini söyləyib.

Lukaşenko Bişkekdə keçirilən MDB sammitindəki çıxışında deyib: “Çıxışımı əsas məsələlərdən başlamaq istərdim. Xatırladım ki, Müstəqil Dövlətlər Birliyinin yaradılmasının əsas məqsədi Sovet İttifaqının çökməsindən sonra əlaqələrin kəsilməsinə yol verməmək olub. Bu, əvvəllər də, bu gün də bizim rəqiblərimizə sərf eləməyib – Qərb indiyə qədər bizi laxlatmaq, zəiflətmək və öz maraqlarına tabe eləmək cəhdlərindən əl çəkmir. Əvvəlcə Gürcüstan bizim ittifaqımızı tərk elədi. De-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük problemlər var. Təəssüf ki, Ermənistan heç də həmişə özünü tərəfdaş kimi aparmır”.

Qeyd edək ki, bu gün Bişkekdə keçirilən tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan tədbirdə iştirak etməyəcəyini bəyan edib.

Hürr Tərcüman