📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko hakimiyyətdən getməyə hazırlaşır? - Özünə və ailəsinə toxunulmazlıq verdi...

2024-01-05 12:50:39

Lukaşenko hakimiyyətdən getməyə hazırlaşır? - Özünə və ailəsinə toxunulmazlıq verdi...

Belarus Prezidenti Aleksandr Lukaşenko özünün və ailə üzvlərinin toxunulmazlığını təmin edən dəyişiklikləri təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkə liderinin rəsmi saytında “Prezident haqqında” qanuna dəyişikliklərin imzalanması barədə verilən məlumatda deyilir.

Dəyişikliklərə əsasən, keçmiş prezident prezident səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətinə görə məsuliyyət daşıya bilməz, onun tutulması, həbs edilməsi və ya istintaqa cəlb edilməsi qadağandır.

Toxunulmazlıq onların mənzil, nəqliyyat, rabitə, arxiv və digər əmlakına, o cümlədən yazışmalarına şamil edilir. Bundan əlavə, eks-prezident daimi yaşayış üçün pulsuz dövlət daşınmaz əmlakı, o cümlədən tikililər olan torpaq sahəsi alacaq.

azpolitika.info