Lukaşenko İrana getdi
2023-03-13 09:38:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, martın 12-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tehrana rəsmi səfəri başlanıb. O, burada ölkənin rəhbər şəxsləri – Prezident İbrahim Rəisi və ali dini lider Əli Xamanei ilə görüşlər keçirəcək.
Səfərin gündəliyində duran əsas məsələ – Belarusla İran arasındakı münasibətlərin hərtərəfli inkişafıdır. Bununla əlaqədar kompleks yol xəritəsinin imzalanması gözlənilir.
Qeyd edək ki, Lukaşenko çıxışlarından birində “İranda və Belarusda birgə istehsal qurulması”nın vacibliyini söyləmişdi.
Hürr Tərcüman