📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko miqrant tamaşasını dayandırır? – Miqrantlar ölkələrinə geri qaytarılır

2021-11-19 00:14:00

Lukaşenko miqrant tamaşasını dayandırır? – Miqrantlar ölkələrinə geri qaytarılır

Lukaşenko deyəsən miqrant tamaşasına son qoymağa qərar verib. Onun Şimali İraqdan gətirdiyi miqrantları təədricən ölkələrinə geri göndərəcəyi xəbər verilir.
 
İlk miqrant qəfiləsinin artıq İraqa yola salındığı bildirilir.
 
Məlumatı İraq Nəqliyyat Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatına görə, Minskdən uçan iraqlı miqrantların olduğu təyyarə artıq Ərbil hava limanına enib.
 
Qeyd edək ki, miqrant kartından Aİ-yə təzyiq kimi istifadə edən  Lukaşenko Aİ-nin Belarusa qarşı sanksiyalarını dayandırmağı tələb edirdi. İddialara inansaq, Almaniya kansleri Angela Merkelin təşəbbüsü ilə sanksiya qərarının təxirə salınması istiqamətində danışıqlar aparılır. \\Ovqat.com