Lukaşenko nə qədər vaxt prezident qalacağı ilə bağlı Putinlə məsləhətləşəcək
2022-02-18 20:36:00
Belarus prezidenti Aleksandr Lukaşenko zarafatla Rusiya lideri Vladimir Putinlə daha nə qədər respublikaya rəhbərlik edəcəyi ilə bağlı məsləhətləşəcəyini deyib.
Lukaşenko çıxışı zamanı hələlik öz vəzifəsinə davam etdiyini bildirib:
"Mənim prezidentliyimə gəlincə, indi biz böyük qardaşımızla məsləhətləşib qərar verəcəyik. Hər şey yaxşı olacaq", - deyə o bildirib. \\Yeniavaz.com