Lukaşenko orduya “Hazır ol!” əmri verib: “Vətən birdir”
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin Rusiyadakı qiyamından danışarkən “ordunun tam hazır vəziyyətə gətirilməsi üçün bütün göstərişləri” verdiyini söyləyib.
Belarus Prezidenti deyib: “Bizim nəslimiz möhkəmlik sınağından keçir. Üzərimizə milyonlarla qəhrəmanın, ata-babalarımızın canı bahasına əldə edilmiş sülhü qorumaq missiyası düşüb. Bu, yalnız bir şey deməkdir – biz toprağımızın üzərinə yenidən kölgə salacaq təhdiddən güclü olmalıyıq”.
Lukaşenko əlavə edib ki, ölkədə bunun üçün səbəb olmayanda, rəngli inqilablar da olmayacaq.
Lukaşenko deyib: “Rusiyanın cənubunda baş verən hadisələri müşahidə eləməyin ürəkağrıdıcı olduğunu gizlətməyəcəm. Təkcə mənim üçün yox. Bir çox vətəndaşlarımız ürəkdən narahat oldular. Çünki vətən birdir”.
Hürr Tərcüman