📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Polşa-Belarus sərhədindəki qaçqınlarla bağlı TƏKLİF VERİB

2021-11-18 19:54:00

Lukaşenko Polşa-Belarus sərhədindəki qaçqınlarla bağlı TƏKLİF VERİB

“Lukaşenko Merkelə bildirmişdi ki, Avropa Birliyi 2 min qaçqın üçün humanitar koridor yaratmalıdır. Qalan qaçqınların ölkəsinə qayıtmasına Minsk yardım göstərəcək”.

Bu barədə Belarus prezidentinin mətbuat xidmətinin rəhbəri Natalya Eysmont açıqlama verib.

O, Avropa Birliyinin razılaşmaya əməl etmədiyini və ekspert səviyyəsində belə danışıqların aparılmadığını söyləyib.

Belarus rəsmisi hazırda ölkədə 7 min qaçqının olduğunu əlavə edib. \\Report