📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Priqojinin harada olduğunu söylədi

2023-07-06 12:44:00

Lukaşenko Priqojinin harada olduğunu söylədi

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın qiyamçı “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin hazırda Belarus ərazisində olmadığını söyləyib. Onun sözlərinə görə, Priqojin Rusiyaya qayıdıb, hazırda Sankt-Peterburq şəhərindədir. Bu xəbəri “Pul Pervoqo” “Teleqram” kanalı yayıb. Lukaşenko “Vaqner” muzdlularının çöl düşərgələrində olduğunu da deyib.

Bəlli olduğu kimi, Priqojin RF MN-i “Vaqner” mövqelərinə hücum eləməkdə ittiham edərək silahlı qiyam qaldırmışdı. Rusiya Prezidenti V.Putin Priqojinin iddialarının onu satqınlığa yuvarladığını söyləmişdi.

Lukaşenko Priqojinlə danışıqlara başlayaraq, onu qiyamı dayandırmağa razı salmışdı. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinə qarşı cinayət işinin dayandırıldığını, onun özünün isə Belarusa yola düşdüyünü bəyan eləmişdi.

Hürr Tərcüman