📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko: “PUA istehsal etməliyik”; USQ: “Dünən 11 İran dronu vuruldu”; Podolyak: “Tehran qətllərə görə məsuliyyət daşıyır”

2022-10-18 16:01:00

Lukaşenko: “PUA istehsal etməliyik”; USQ: “Dünən 11 İran dronu vuruldu”; Podolyak: “Tehran qətllərə görə məsuliyyət daşıyır”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin alimlərinə dron hazırlamaq göstərişi verib.

Lukaşenko bu gün Belarusun Milli Elmlər Akademiyasının Prezidiumunun sədri ilə görüşdə deyib: “Aktual məsələ var. Cümə günü də onun barəsində danışacağıq. Bu, bizim dronlarımızdır. Siz yeni pilotsuz uçuş aparatları istehsal edərək müəssisələrlə və tətbiqi elmdə necə rəqabət aparırsınız? Ukraynadakı müharibədən çıxan dərslərdən onların çox aktual olduğu göründü”.

Lukaşenko bir ay sonra elmi nailiyyətlər sərgisini təşkil eləmək tapşırığını da verib.

Oktyabrın 17-də səhər saatlarında Rusiya qüvvələri Kiyevə İranın kamikadze dronları ilə hücum ediblər, 4 hədəfi vurublar. Paytaxtın yaşayış binalarından biri də vurulub.

İlkin məlumatlara görə, dörd nəfər həlak olub. Onların arasında hamilə qadın da var.

Ukrayna Silahlı Qüvvələrinin Komandanlığının verdiyi xəbərə görə, 17 oktyabr tarixində səhər saatlarına hava hücumundan müdafiə sistemləri 11 ədəd “Shahed-136” dronnunu məhv edib. Bu dronlar İranda istehsal edilir və Rusiya hərbçiləri tərəfindən “Qeran-2” adı ilə istifadə edilir.

Ukraynanın Prezidenti Ofisinin müşaviri Mixail Podolyaj bəyan edib ki, İran öz istehsalı olan kamikadze dronlarının Ukrayna şəhərlərinə hücumu nəticəsində həlak olmuş ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır.  

Hürr Tərcüman

Lukaşenko: “PUA istehsal etməliyik”; USQ: “Dünən 11 İran dronu vuruldu”; Podolyak: “Tehran qətllərə görə məsuliyyət daşıyır”