Lukaşenko: “Putinlə doğma qardaşıq”
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “RİA Novosti” agentliyinə müsahibəsində rusiyalı həmkarı Vladimir Putin ilə doğma qardaş olduqlarını və dünyanı eyni cür gördüklərini deyib.
Lukaşenko söyləyib: “Deyə bilərəm ki, Vladimir Putin məni dostdan da artıq insan hesab edir, biz doğma qardaşlarıq. Ciddi danışaq, bilirsinizmi ümumi olan nədir? İndi bu daha aydın görünür: məncə, biz dünyanın əsas istiqamətlərini, əsas problemləri eyni cür görürük. Biz bu dünyaya eyni gözlərlə baxırıq”.
“Biz hər şeyi başayaq çevirə, hərlədə, fırlada bilərik, biz bəzən eyni nəticələr çıxarmaya bilərik, addımlarımız bir-birindən fərqlənə bilər. Lakin bizim gözlərimiz bu dünyanı eyni cür görür”.
“Mən xüsusilə son zamanlarda buna əmin oldum. Biz həqiqətən də bəzi şeylərə çox dərindən nəzər salırıq və mən görürəm ki, biz bütün bunlara eyni gözlərlə baxırıq, bizim çox xoş münasibətlərimiz var”.
Lukaşenko qeyd edib ki, ötən il Belarusiyada keçirilən prezident seçkilərindən sonra Putin sadəcə müttəfiq kii yox, həm də əsl dost kimi davranıb.
Bundan bir qədər əvvəl Putin bəyan etmişdi ki, respublikada vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin, xaricdən təzyiqlərin fonunda Rusiya qardaş Belarus xalqına kömək eləməyə davam edəcək. Bundan başqa Moskva Minsklə çoxtərəfli münasibətləri inkişaf etdirəcək və İttifaq dövlətini qurmağa davam edəcək.
Hürr Tərcüman