📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Rəisinin ölümündə ABŞ-ni günahlandırdı

2024-05-24 23:31:26

Lukaşenko Rəisinin ölümündə ABŞ-ni günahlandırdı

“ABŞ mərhum İran prezidenti İbrahim Rəisinin ölümündə günahkardır. Çünki onların sanksiya siyasəti Rəisinin helikopterinə xidmət göstərməyi qadağan edib”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Onlar öz şirkətlərinə Rəisinin helikopterinə xidmət göstərməyi qadağan ediblər, buna görə də bu onların günahıdır. Onların hamısı ABŞ-da mömindir, əgər onlar mömindirlərsə, gözləsinlər ki, Rəbb onlara cavab verəcək. Mən mistik deyiləm, amma vaxt gələcək. Onlar buna görə cavab verəcəklər, tam cavab verəcəklər, orada okeanın arxasında gizlənməyəcəklər”, - Prezident bildirib.
Lukaşenko vurğulayıb ki, Rəisi səmimi, dürüst dialoq aparan, öz dövlətinin inkişafı və öz xalqının maraqlarını müdafiə edən normal, xeyirxah insan olub. \\Yeniavaz.com