Lukaşenko: “Rusiyadan S-400 sistemləri ala bilərik”
2021-09-02 09:33:00
Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın yaxın zamanda ölkəyə təyyarələr, vertolyotlar, Hava Hücumundan Müdafiə vasitələri və çox güman ki, S-400 zenit-raket sistemlərini göndərəcəyini bildirib.
Lukaşenko jurnalistlərin suallarına cavab verərkən deyib: “Yaxın vaxtlarda Rusiya Federasiyasından respublikamıza onlarla təyyarə, onlarla vertolyot, HHM üçün ən yaxşı silahlar gətiriləcək. Hətta S-400 də ola bilər”.
O, Belarusun yeni silahlara ehtiyacı olduğunu, “Qərb-2021” təlimlərində nümayiş etdiriləcək yeni silahları da Rusiyadan almaq niyyətində olduqlarını söyləyib.