📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Rusiyaya getdi: Putinlə kosmodromda…

2022-04-12 00:01:00

Lukaşenko Rusiyaya getdi: Putinlə kosmodromda…

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Uzaq Şərqinə uçub.

Bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

“Dövlət başçısının təyyarəsi Minsk Milli Hava Limanından havaya qalxıb”, – məlumatda deyilir.

Səfər çərçivəsində Lukaşenko Rusiyanın Uzaq Şərq regionlarına səfər edəcək. Aprelin 12-də Rusiya prezidenti Vladimir Putinlə görüş planlaşdırılır, onlar birlikdə Amur vilayətindəki Vostoçnıy kosmodromuna baş çəkəcək, orada buraxılış kompleksinin tikintisi ilə tanış olacaq və danışıqlar aparacaqlar.

Növbəti gün Lukaşenko Primorsk diyarına səfər edəcək.

Dövlət başçısı Vladivostokda Primorsk diyarının qubernatoru Oleq Kozhemyako ilə görüşəcək. \\Azerforum.com