📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko Trampa görə ƏSƏBİLƏŞDİ: "Çox şey edib, ona görə də..."

2025-10-10 23:40:09

Lukaşenko Trampa görə ƏSƏBİLƏŞDİ:

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampa Nobel Sülh Mükafatının verilməməsi qərarını tənqid edib.

Belarus lideri bu qərarı “tamamilə cəfəngiyyat” adlandırıb.

“Tramp bu Nobel mükafatına layiq idi, ona verilməli idi. Bütün etdiklərinə, xüsusilə də son vaxtlar Nobel mükafatının hər kəsə verildiyi eyni səbəblərə görə təqdim etməliydilər.”, – Lukaşenko bikdirib.

O, həmçinin vurğulayıb ki, Nobel Komitəsinin qərarı dar çərçivəlidir, çünki Tramp “sülh üçün çox şey edib”. \\KONKRET.az