📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko "Vaqner"ə etdiyi təklifi AÇIQLADI

2023-06-27 20:09:00

Lukaşenko

"Vaqner" NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təxribatlar təşkil etmək fikrində deyil.

Hurriyyet.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Əgər bizə təxribat lazım idisə, deməli, mənim qərb istiqamətində minlərlə hərbçim var. Sadəcə, əmr verin, onlar istənilən təxribatı təşkil edəcəklər. Amma bu bizə lazım deyil", - o bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, o, vaqnerçilərə tərk edilmiş hissələrdən birində nə edəcəklərinə qərar verənə qədər qalmağı təklif edib. \\Ölkə.Az