📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenko xəstədir - KİV

2023-05-15 13:39:00

Lukaşenko xəstədir - KİV

Hurriyyet.az xəbər verir ki, Belarus mətbuatının yazdığına görə, ölkə Prezidenti Aleksandr Lukaşenko Dövlət bayrağı, gerbi və himni günü insanlar arasında görünməyib. Onun adından təbriklər prezidentin saytında dərc olunub, bayram tərbirlərində isə dövlət başçısını Baş nazir Roman Qolovçenko əvəz edib.

“Spektr” nəşrinin yazdığına görə, əvvəlki iki ildə Lukaşenko həmin bayramda şəxsən iştirak edib.

Axırıncı dəfə Belarus Prezidenti Moskvadakı 9 may paradında insanlar arasında olub. Jurnalistlər həmin tədbirdə onun zəif və xəstəhal olduğuna, çətinliklə addımladığına diqqət yetirmişdilər.

Hürr Tərcüman