📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenkodan TƏCİLİ ƏMR: Belarusda xalq könüllü dəstələri yaradılır

2026-10-16 16:32:38

Lukaşenkodan TƏCİLİ ƏMR: Belarusda xalq könüllü dəstələri yaradılır

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə xalq könüllü dəstələrinin ("xalq opolçeniyesi") sürətlə inkişaf etdirilməsi və formalaşdırılması barədə hərbi rəhbərliyə tapşırıq verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu addımın müharibə şəraitində dinc əhalinin özünü və yaşayış məntəqələrini müdafiə edə bilməsi üçün həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.

Lukaşenko açıqlamasında bu strukturun qurulma konsepsiyasını belə izah edib: "Bu strukturu yaradarkən nəzərdə tuturdum ki, hər bir kənd şurası ərazisində xalq könüllü dəstəsi olmalıdır. Bu, müdafiənin nüvəsidir. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, həmin nüvə ətrafında dəstələr daha da genişlənə bilər".

Belarus liderinin bu qərarı regionda artan hərbi-siyasi gərginlik fonunda Minskin öz ərazi müdafiə sistemini və daxili təhlükəsizlik konturunu maksimum dərəcədə gücləndirmək niyyətində olduğunu nümayiş etdirir.