📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lukaşenkodan Trampa QƏRİBƏ TƏŞƏKKÜR: "Qərbin real üzünü açıb göstərdiyinə görə minnətdaram"

2026-10-02 17:35:34

Lukaşenkodan Trampa QƏRİBƏ TƏŞƏKKÜR:

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə ABŞ Prezidenti Donald Trampın xarici siyasəti barədə diqqətçəkən bəyanatla çıxış edib.

Hurriyyet.net  xəbər verir ki, Belarus lideri Trampın bəzi qərarlarındakı qeyri-müəyyənliyə baxmayaraq, Qərbin əsl simasını ortaya qoyduğuna görə ona minnətdar olduğunu bildirib.   Lukaşenko açıqlamasında ABŞ rəhbərinin diplomatik pərdələri kənara qoyduğunu vurğulayaraq deyib:

"Trampın tez-tez yaratdığı o çaşqınlıq və təlaşa baxmayaraq – bilirsiniz ki, səhər bir söz deyir, axşam başqa – ben ona Qərbin, ilk növbədə də ABŞ-nin siyasətini açıq şəkildə ifşa etdiyi üçün minnətdaram. O, heç bir diplomatik ifadələrin arxasında gizlənmir. Biz Qərb siyasətinin, Qərb diplomatiyasının və xüsusilə Birləşmiş Ştatların real üzünü gördük. Siz də onların bu siyasətini görərək özünüz üçün lazımi nəticələri çıxarın". 

Belarus dövlət başçısının bu sözləri Postsovet məkanında inteqrasiya proseslərinin müzakirə olunduğu bir vaxtda Qərb siyasətinə və Vaşinqtonun dəyişkən diplomatik həmlələrinə qarşı reaksiyasının göstəricisi kimi qiymətləndirilir.