📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“LUKOİL” Direktorlar Şurasının sədri VƏFAT ETDİ

2023-10-24 17:22:54

“LUKOİL” Direktorlar Şurasının sədri VƏFAT ETDİ

“LUKOİL” Direktorlar Şurasının rəhbəri Vladimir Nekrasov 66 yaşında vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“LUKOİL Direktorlar Şurasının sədri Vladimir İvanoviç Nekrasovun qəfil vəfat etməsini dərin təəssüf hissi ilə bildiririk. Həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib”, - mətbuat xidmətinin məlumatda bildirilib.//APA