📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Lukoil" xarici aktivlərini satmaq üçün ABŞ şirkəti ilə razılaşma imzalayıb

2026-01-29 12:16:56

Rusiyanın “Lukoil” neft şirkəti xarici aktivlərini satmaq üçün ABŞ-ın "Carlyle" investisiya şirkəti ilə müqavilə bağlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Lukoil” şirkətindən bildirilib.

Qeyd olunub ki, bu əməliyyat Qazaxıstandakı aktivləri əhatə etmir, onlar “Lukoil” qrupunun mülkiyyətində qalacaq və müvafiq lisenziya əsasında fəaliyyətini davam etdirəcək.

Şirkətdən o da bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi də daxil olmaqla, tənzimləyicilərin icazələri hələ də tələb olunur.